Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
1 2 3 4 5 6 7 8 9
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda kimya üzrə 56-cı Beynəlxalq Mendeleyev olimpiadası keçirilib.


Özbəkistanda məktəblilər arasında kimya üzrə 56-cı beynəlxalq Mendeleyev olimpiadası keçirilib.

Olimpiadada 16 ölkədən 100-dən çox şagird, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Özbəkistan Prezidentinin müşaviri Abdujabbor Abduvaxidov olimpiada iştirakçılarını təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.

Olimpiadaya ölkəmizdən dörd şagird qatılıb. Bakı Dövlət Universiteti nəzdindəki "Gənc istedadlar" liseyinin 11-ci sinif şagirdi Nəriman Şirinli gümüş, Gəncə şəhər Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhsəti Piriyeva və Astara rayon H.Əhmədzadə adına iki nömrəli tam orta məktəb-liseyin 11-ci sinif şagirdi Salman Hüseynov bürünc medallara layiq görülüblər. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Dəniz Səttarlı isə sertifikat alıb.

Azərbaycan Təhsil Nazirliyi nəzdində yaradılan olimpiada hazırlıq mərkəzinin üzvi, kimya müəllimi Fidan Məmmədova və fiziki-kimya müəllimi Milana Ağayeva kimya üzrə 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasında Azərbaycan komandasının rəhbərləridir.

15.05.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası