Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın tanınmış şairi, Azərbaycanın yaxın dostu Xasiyat Rüstəmə həsr olunmuş tədbir və “Xоsiyat” adlı sənədli filmin təqdimatı olub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, ədəbiyyat sahəsində populyar “Kitob dunyası” qəzetinin baş redaktoru Xasiyat Rüstəmə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ədəbiyyat, sənət adamları, alimlər, jurnalistlər, Daşkənddəki çoxsaylı universitetlərin müəllim və tələbələri iştirak ediblər.

Əvvəl iştirakçılara Mərkəzin foyesində Xasiyat Rüstəm yaradıcılığına dair kitabların sərgisi təqdim olunub, şairənin Özbəkistanla yanaşı, Azərbaycanda nəşr olunan “Adı Lalə idi o qızın”, “Leyli ağaclar”, “44 gün” kitabları sərgilənib.

Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan və Özbək ədəbi əlaqələri, Azərbaycan tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, habelə keçmiş Qarabağ münaqişəsinə dair Daşkənddə Özbək dilində çap edilən kitablar, nəşrlər nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çağdaş Özbək ədəbiyyatının tanınmış nümayəndəsi, şairə, xalqımızın yaxın dostu, Özbəkistanın “Kitob dunyasi” qəzetinin baş redaktoru Xasiyat Rüstəmin həyatı və yaradıcılığı haqqında danışaraq, onun nəinki Özbəkistanda, dünyanın müxtəlif ölkələrdə əsərlərinin nəşr olunduğunu qeyd edib. S.Abbasov əsl dostun dar gündə tanındığını söyləyərək, Azərbaycanın çətin anlarında, torpaqlarımızın işğal olunduğu, habelə Vətən müharibəsi günlərində Xasiyat Rüstəm Azərbaycanın yanında olaraq, erməni işğalı, xalqımızın üzləşdiyi faciələr, habelə Qarabağda qazandığımız zəfərə dair gözəl, təsirli əsərlər yaratdığını, poeziyanın dili ilə bu hadisələri insanlara çatdırdığını söyləyib. Diplomat şairənin Qarabağdakı zəfərimizə dair “44 gün” adlı əsərini yüksək qiymətləndirib.

O, Xasiyat Rüstəm haqqında çəkilən bədii-sənədli film haqqında danışaraq, filmin ərsəyə gəlməsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya təşəkkürünü bildirib.

Özbəkistan Yazıçılar İttifaqının sədr müavini, şair Qayrat Məcid Xasiyat Rüstəmin Özbək ədəbiyyatında xidmətləri, onun poeziyasının gözəlliyi və fərqli xüsusiyyətləri haqqında danışmışdır. Natiq Xasiyat Rüstəmin dünyanın müxtəlif ölkələrində əsərlərinin nəşr edildiyini, Azərbaycan ədəbiyyatını isə çox sevdiyini və rəhbərlik etdiyi “Kitob dunyası” qəzetinin bütün nömrələrində qardaş ölkələrin ədəbiyyatına xüsusi yer ayırdığını vurğulayıb.

Özbək ədəbiyyatşünas alim, dosent Adxambek Alimbekov və bədii-sənədli filmin rejissoru Olimcon Salimov poeziyada Xasiyat Rüstəm yaradıcılığı, onun öz əsərləri ilə Türk dünyası ədəbiyyatında xüsusi mövqeyə malik olduğunu qeyd ediblər.

Daha sonra “Xоsiyat” adlı bədii-sənədli film nümayiş etdirilib. Film tanınmış şairənin keçdiyi ömür yolu, qazandığı uğurlar, yaradıcılığına həsr olunub. Filmin ssenari müəllifləri Şoyim Botayev və Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, rejissoru və operatoru Özbəkistanda yaşayan soydaşımız Eldar Məmmədovdur.

Sonda şairlə Xasiyat Rüstəm çıxış edərək ədəbi fəaliyyəti, yaradıcılığı haqqında danışıb, film və təqdimat mərasiminə görə dəstək göstərən qurumlara, şəxslərə öz təşəkkürünü bildirib.

27.05.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası