Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə bu ölkədəki Sırdəryə vilayəti Azərbaycan diasporu təşkilatı arasında əməkdaşlıq müzakirə edilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Sırdərya vilayəti üzrə Azərbaycan diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Əzizağa Bayramov arasında görüş keçirilib.

Görüşdə milli mədəniyyətimizin Özbəkistanda tanıdılması, Sırdərya vilayəti üzrə yerli diaspor təşkilatının fəaliyyəti, əməkdaşlıq məsələləri, habelə gələcək planlar barədə müzakirələr aparılıb.

Samir Abbasov ilk öncə Özbəkistanla mədəni sahədə əməkdaşlığın inkişafı, görülən işlər, keçirilən mədəniyyət günləri haqqında məlumat verərərək, Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2019-cu ildə Sırdərya vilayətinin Gülistan şəhərində keçirilən Azərbaycan mədəniyyət günləri barədə danışıb. O, soydaşlarımızın qardaş Özbəkistanın tərəqqisi üçün çalışmaqla yanaşı, iki dövlət arasında bir dostluq körpüsü yaratmaları və bu işdə fəal olmasının vacibliyini qeyd etdi. O, Azərbaycan və Özbəkistan dövlətlərinin ölkədə yaşayan millətlər üçün bütün şəraiti yaratdıqlarını, onların öz mədəniyyətlərini inkişaf etdirdiyini söyləyib.

Əzizağa Bayramov Özbəkistanda iki ölkə arasında mədəniyyət sahəsində böyük layihələr reallaşdıran, tədbirlər keçirən Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduqlarını, milli mədəniyyətimizin professional və sistemli səviyyədə tanıdılması və təbliği üçün Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirdi. O, Sırdərya vilayətində 3 mindən artıq azərbaycanlı soydaşlarımızın yaşadığını, Özbəkistan dövlətinin onların öz mədəniyyətlərini saxlamaq və inkişaf etdirmək üçün bütün şəraitin yaradıldığını qeyd edib. Diaspora rəhbəri Sırdərya şəhərində inşası yekunlaşan Mədəniyyət Mərkəzləri üçün binada onların fəaliyyət göstərmələri üçün xüsusi otaqlar veriləcəyini qeyd edərək, milli mədəniyyətimizin təbliği məqsədi ilə əyani vasitələrə ciddi ehtiyac olduğunu bildirib. Azərbaycanla Özbəkistan arasında dostluğun və əməkdaşlığın günü-gündən inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Görüşün nəticəsi olaraq Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Sırdərya vilayəti üzrə Azərbaycan diaspora təşkilatına ölkəmizə dair kitab kolleksiyası hədiyyə edib.

Kolleksiyaya Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi ilə çap olunan kitablar, Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair çoxsaylı nəşrlər daxil edilib. Hədiyyə kitablar arasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, habelə Heydər Əliyev Fondunun layihəsi ilə ölkəmizə dair çap olunan vəsaitlər yer alıb.

Samir Abbasov gələcəkdə Sırdərya vilayətində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, vilayət təşkilatına Azərbaycana dair əyani vəsaitlər və nəşrlərin göndərilməsinə dəstək olacağını bildirib.

16.06.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası