Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
1 2 3 4 5 6 7 8 9
html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Daşkənddə beynəlxalq konfransda iştirak edən Azərbaycan alimləri ilə görüş keçirilib.


Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 7-ci Beynəlxalq EMI Sahibkarlıq və Sosial Elmlər Konqresində iştirak edən Azərbaycan alimləri - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev, ADPU Quba filialının Ədəbiyyat və Dillər kafedrasının baş müəllimi Sərxan Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktor v.m.i.e. dosent Zakir Eminov, Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri dosent Zaur İmrani Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.

Qonaqlarla Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov görüşmüş, onlara Mərkəzin fəaliyyəti, onun Azərbaycan-Özbəkistan arasında dostluq, mədəniyyət, humanitar sahədə əməkdaşlığın inkişafına rolu, görülən işlər haqqında geniş məlumat verib.

S.Abbasov qonaqları Mərkəzdəki muzeylər, sərgilər, Mərkəzdə yaradılmış kurs və dərnəklərin işi ilə tanış edib.

Görüşdə birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və gələcəkdə əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan-Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə Özbəkistanın regionlarında olan ali təhsil ocaqları, Termiz Dövlət Universiteti ilə əməkdaşlığın yaradılması, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Sonda qonaqlar Mərkəzdə xatirə şəkilləri çəkdiriblər.

21.06.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası