Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2022

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg24
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
html5 slider by WOWSlider.com v8.8

Çingiz Fərzəliyev Özbəkistan Rəssamlıq Akademiyasının “Fəxri Akademiki” adına layiq görüldü.


Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev Özbəkistan Rəssamlıq Akademiyası tərəfindən Fəxri Akademik sertifikatı və diplomu ilə təltif edilmişdir.

Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə yanaşı Özbəkistanın tanınmış rəssamları, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, gənclər iştirak ediblər.

Təntənəli mükafatlandırma mərasimini Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nuriddinov açdı. O, öz çıxışında hörmətli qonağı səmimiyyətlə salamladı, onun xidmətlərindən danışdı. A. Nuriddinov qeyd etdi ki, Çingiz Fərzəliyev bu mükafata məhz onun xüsusi xidmələrinə görə layiq görülüb. O, həmçinin Azərbaycanın tanınmış rəssamları Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov və bir çox başqa sənətkarların adlarını qeyd etdi, onların yaradıcılıqlarından danışdı. Sənət sahəsində bundan sonra da əməkdaşlıq etmək arzusunda olduğunu bildirdi. Bundan başqa, A.Nuridinov vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana son səfəri zamanı mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair bir çox sənədlər imzalanmışdır ki, bu da İki dövlət arasında əlaqələrin daha da yüksək səviyyədə inkişaf etməsinə geniş imkanlar yaradır. O, dövlətlərimiz arasında çoxsaylı rəsm və digər sərgilərinin keçirilməsini arzuladığını bildirdi.

İlk öncə tədbir iştirakçılarına və qonaqlara Çingiz Fərzəliyevin yaradıcılığından, Vətən qarşısında xidmətlərindən bəhs edən sənədli film təqdim olunub.

Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini, Özbəkistan Rəssamlıq Akademiyasının akademikləri çıxış ediblər, fəxri qonağa öz təbriklərini çatdırıblar.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev hörmətli qonağı salamlanış və təbrik etmişdir. O, qardaş Özbəkistanın Azərbaycan sənət adamlarına belə dəyər verdiyindən qürur hissi duyduğunu bildirmişdir. N.Əlimirzəyev Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəldiyini və xeyli işlərin görüldüyünü qeyd edib.

Akademik Cavlon Umarbekov Çingiz Fərzəliyevi səmimi qəlbdən təbrik edərək ona uzunömürlülük yaradıcılıq arzu etdi. O, Özbəkistan və Azərbaycan rəssamları arasında çoxillik dostluq və əməkdaşlıq əlaqələrindən danışaraq, yaradıcılığı Azərbaycanın hüdudlarından kənarda da tanınan Çingiz Fərzəliyev kimi ustadla görüşməkdən qürur və xoşbəxtlik duyduğunu bildirib.

Özbəkistan Rəssamlar İttifaqının sədri İbroxim Valixodjayev hörmətli qonağı təbrik edərək, müstəqil dövlətlərin gənc rəssamları yeni sənət əsərləri yaradarkən onların fırça ustalarından əldə etdikləri bilikləri unutmamağı tövsiyə etmişdir.

Sənətşünas alim, sənətşünaslıq doktoru Kamola Akilova öz çıxışında Çingiz Fərzəliyevin rəhbərlik etdiyi Azərbaycan Milli İncəsənət Muzeyinin muzeylər sırasında layiqli yer tutması haqda danışmışdır. O, Azərbaycan sənətinin çox zəngin və əvəzolunmaz olduğundan danışdı.

Cavabında Çingiz Fərzəliyev dəvətə və yüksək mükafata görə Özbəkistan Rəssamlıq Akademiyasına böyük minnətdarlığını bildirib. O, Özbəkistanda özünü hər zaman evindəki kimi hiss etdiyini bildirib və Daşkəndin dünyanın ən gözəl şəhərlərindən biri olduğunu bildirdi. Ç.Fərzəliyev mədəniyyət və incəsənət sahəsində əməkdaşlığımızın daha da səmərəli olacağına qəti inandığını vurğulayıb.

Sonda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev Özbəkistanın televideniya kanallarına müsahibə verib. Öz müsahibəsində o, bildirmişdir – “mənim Özbəkistanda çox dostlarım vardır lakin, bu səfərimdə mən daha çox dost və qardaş qazandım”. Fürsətdən faydalanıb o bütün özbək xalqını müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edib və ən xoş arzularını diləyib.

08.07.2022

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası