XƏBƏRLƏR 2022
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Daşkənd şəhərində Mirabad rayonunda məhəllə komitəsinin sədrin qəbul edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənd şəhərində Mirabad rayonunda “Temiryolchular” məhəllə komitəsinin sədri, milliyətcə azərbaycanlı olan Mehriban Rəhimovanı qəbul edib.
Görüşdə tərəflər cari il 21-22 iyun tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri,
Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində yerli azərbaycanlılar adından Mehriban xanımın iki ölkə prezidentləri qarşısında səmimi çıxışını, səfərə dair təəsüratlar, Temiryolchular məhəlləsi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşlığına dair fikirlərini bölüşüblər.
23.08.2022